15 Fevral 2019 21:30
1084
Mədəniyyət
A- A+

VII Muğam Televiziya Müsabiqəsinin seçim turları yekunlaşıb


Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin Bakı şəhəri üzrə sonuncu seçim turu keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumilikdə seçim turlarında 400-dən çox ifaçı iştirak edib. Bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılıb. Bu 70 gəncdən 20 nəfəri müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb.

Münsiflər heyətinin üzvləri – Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları diqqətlə dinləyib.

Müsabiqənin icraçı direktoru İlqar Fəhmi deyib: "Müsabiqəyə müraciət edənlərin sayı ildən-ilə artır. 400-dən çox gəncin bu seçimlərə qatılması o deməkdir ki, gənclər arasında sənətə böyük maraq var. Təbii ki, seçim turlarına səsi gözəl olan da, yaxşı hazırlaşan da, hazırlaşmayan da qatılmışdı. Lakin biz seçim turlarında, ilk növbədə, iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm verdik. Finala qalan iyirmiliyi seçmək o qədər də asan olmadı”.

Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov müsabiqəyə İrandan iki iştirakçının müraciət etdiyini bildirib: "Bu ifaçılar finala vəsiqə qazanıb. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı və yeni, gözəl səslərin şahidi olacaqsınız. Finala vəsiqə qazanan 20 iştirakçının tamaşaçılar tərəfindən seviləcəyinə inanırıq. Muğam Azərbaycan xalqının ruhudur. Ümid edir ki, müsabiqə günlərində xalqımıza gözəl bir muğam bayramı ab-havası yaşada biləcəyik”.

Müsabiqənin yolunu həsrətlə gözləyən tamaşaçılar Novruz bayramı ərəfəsində yeni səsləri, gənc ifaçıları tanıma imkanı əldə edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video