15 Fevral 2019 21:25
1459
Səhiyyə
A- A+

Güclü qida psixikanı depressiyadan qoruyur


Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur. Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır. AZƏRTAC "MedikForum”a istinadla xəbər verir ki, 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir.

Avstraliyalı tədqiqatçılar müxtəlif pəhrizlərin depressiya və həyəcan hissinə təsirinin yoxlanıldığı bütün klinik sınaqlar barədə indiyədək mövcud olan məlumatları toplayıblar. Nəticədə alimlər bu qənaətə gəliblər ki, psixikanı xoşagəlməz əlamətlərdən qorumaq üçün müəyyən pəhrizə əməl etməyə ehtiyac yoxdur. Bunun üçün qidalanmanı yaxşılaşdırmaq kifayətdir.

Bəs mütəxəssislər "güclü qida” anlayışını necə başa düşürlər?

Layihə müəllifləri deyiblər: "Biz əmin olduq ki, rasionda fastfudun və rafinə edilmiş şəkərin miqdarını azaltmaq, vitaminlərlə, bəsləyici maddələrlə və sellülozla zəngin məhsulların payını artırmaq lazımdır”.

Tədqiqatçılar əlavə ediblər ki, güclü qida xüsusən qadınları arzuolunmaz psixi pozuntu əlamətlərindən müdafiə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video