Alternative content

08:50 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qusarda 100 minə yaxın vətəndaş kütləvi tibbi müayinədən keçəcək
Qusarda 100 minə yaxın vətəndaş kütləvi tibbi müayinədən keçəcək
ANA SƏHİFƏ / Səhiyyə
15:40 15.02.2019

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin tibbi dispanserizasiyasına Qusar rayonunun 98 min nəfər sakini cəlb olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 12-dən başlayaraq gün ərzində 350-400 vətəndaş müayinədən keçir. Tibbi müayinələr zamanı yoxlanan şəxslərə həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Humanitar aksiya zamanı rayon sakinləri ehtiyac yarandıqda rentgen, laborator, ultrasəs və elektrokardioqram müayinələrinə cəlb edilirlər.

Qusar Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Aybəniz Əfəndiyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, rayonda əhalinin kütləvi tibbi müayinələrinin ilk günündə müraciət edənlər arasında xroniki bronxit, hipertoniya, böyrək çatışmazlığı və mədə-bağırsaq xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib.

Şöbə müdiri qeyd edib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Aksiyanın mütəşəkkil keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülüb, lazımi şərait yaradılıb. Həmçinin xüsusi tədbirlər planı hazırlanaraq, qrafik tərtib edilib.

Tibbi müayinədən keçən Elsəfa Məmmədov və Nazirə Qədimova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində humanitar aksiyadan razı qaldıqlarını bildirərək, əhalinin tibbi müayinələrə cəlb edilməsini vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasının əyani nümunəsi kimi dəyərləndiriblər.

Rayon sakinləri tərtib olunan qrafikə uyğun olaraq rayon mərkəzi xəstəxanası ilə yanaşı, kənd sahə xəstəxanalarında da müayinə olunurlar. Yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən keçirilən tibbi aksiyada kənd və qəsəbələrin əhalisi fəal iştirak edir.

Ötən il keçirilən dispanserizasiya tədbirləri çərçivəsində rayon əhalisinin 59 min 792 nəfəri (84 faizi) tibbi müayinəyə cəlb edilib. Onlardan 7 min 870 nəfərə ambulator, 504 nəfərə stasionar müalicə təyin olunub, 104 nəfər ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.

Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM