15 Fevral 2019 15:34
1278
Səhiyyə
A- A+

Alimlər ömrün uzunluğuna təsir göstərən genetik amilləri aşkar ediblər


Novosibirsk Dövlət Universitetinin alimləri Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutundan, Edinburq Universitetindən və bir neçə başqa institutdan olan tədqiqatçılarla əməkdaşlıq şəraitində yaşı 37-dən 73-ə qədər olan 300 mindən çox insanın genetik göstəriciləri və xəstəlik tarixləri barədə Böyük Britaniya Bioloji Bankında (UK Biobank) saxlanılan məlumatları tədqiq ediblər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, tədqiqatın rəhbəri, Novosibirsk Dövlət Universitetinin nəzəri və tətbiqi funksional genomika laboratoriyasının müdiri Yuri Aulçenko deyib: "Biz aşkar etmişik ki, insan həyatının sağlam dövrünün uzunluğu genetika baxımından 3 komponent ilə müəyyən edilir: demensiya, bədxasəlli şişlər, yəni xərçəng xəstəlikləri, habelə ürək-damar sisteminin və metabolizmin sağlamlığa təsiri”.

Y.Aulçenko izah edib ki, vəfat etmiş insanların kliniki və genetik məlumatlarından istifadə etmək imkanları məhdud olduğuna görə, ömrün uzunluğuna təsir göstərən genetik amilləri tədqiq etmək çətinləşir. Onun sözlərinə görə, bu halda insan həyatının sağlam dövrünün uzunluğunu öyrənmək çox ümidverici alternativ üsuldur. Bu halda alimlər geniş əhatəli klinik informasiya və genetik məlumatı tədqiq etmək imkanı qazanır.

Rusiyalı və britaniyalı alimlər 300.477 Britaniya sakininin genomlarını tədqiq ediblər. Həyatın sağlam dövrünün gözlənilən müddətinə təsir göstərən 12 genetik lokus, yəni konkret genlərin yerləşdiyi sahə müəyyən edilib. Həmin genlərdən üçünün (HLA-DBQ, LPA və CDKN2B) uzunömürlülüklə bağlı olması əvvəldən məlum idi. Daha 3 genetik lokus (HLA-DQB1, TYR и C20orf112) həm həyatın sağlam dövrünün uzunluğu ilə, həm də çoxsaylı xəstəliklərə tutulma riskinin artması ilə bağlıdır.

Tədqiqatçılar xəstəliyin dinamikasını təhsil edərək bu qənaətə gəliblər ki, yaşla əlaqədar xəstəliklərə aid risklər insan yaşa dolduqca eksponensial qaydada artır və Hompers qanununa uyğun sürətlə çoxalır. Həmin qanuna görə 40 yaşdan sonra bütün səbəblərlə bağlı ölüm riski həndəsi silsilə üzrə artır və təqribən 8 ildən bir ikiqat çoxalır. Alimlərin fikrincə, bu tədqiqat qocalmanın genetikası sahəsində yeni diaqnostik metodlar yaratmağa imkan verəcək, habelə qocalmaya qarşı terapiya axtarışına kömək edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video