15 Fevral 2019 15:27
523
Mədəniyyət
A- A+

Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir


Bir il olar ki, "Böyüməyən uşaqlar” kitabının səhnələşdirilməsinə hazırlıq gedir. Fevralın 22-də tamaşa nümayiş olunacaq. Ssenari Elşad Eyvazlının "Böyüməyən uşaqlar” kitabının əsasında yazılıb. Ukraynanın "Çornıy kvadrat” teatrı tamaşanı səhnəyə qoyacaq.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib. O deyib ki, kitab əsasında çox maraqlı ssenari yazılıb: "Ssenarinin yazılması və səhnələşdirilməsi ideyası müavinim Murad Cəfərovdan gəlib. Layihənin rəhbəri isə mənəm. Ssenarinin üzərində xeyli çalışmışıq. Düşünürəm ki, Xocalı faciəsi haqqında məlumatları ukraynalılara bu formada çatdırmaq daha məqsədəuyğundur. Eyni zamanda, tamaşada Ukrayna hadisələri ilə bağlı məqamlar da olacaq. Səhnədə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb. Bu tamaşa ilə əlaqədar peşəkar səviyyədə televiziya çəkilişi olacaq”.

Hikmət Cavadov bildirib ki, bu, onların ilk layihəsi deyil: "Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Dövlət Komitəsinin Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində bu cür layihələrə dəstək verməsi təqdirəlayiqdir. Belə layihələrin xarici ölkələrdə xarici vətəndaşlara təqdim edilməsi bir mesajdır. Zənnimcə, dünyanın bir çox ölkələrində bu cür layihələrin keçirilməsi ilə istədiyimizə nail ola bilərik. Bu layihə keçən ildən Ukraynada müzakirə olunaraq ukrayn dilinə tərcümə olunub. Bu, bizim birinci layihəmiz deyil. "Cəhənnəmi görmüş pilot” filmi də bir neçə ildir ki, xarici ölkələrdə təqdim olunur”.

Qeyd edək ki, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının "Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı "Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video