15 Fevral 2019 14:06
477
İQTİSADİYYAT
A- A+

Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir


Mərakeşin "Əl-İslah və ət-Tənmiyə” qəzetində "Azərbaycanda turizm: görüdüklərim kimi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizdə turizmin inkişafına verilən önəm və bu istiqamətdə müvafiq Dövlət proqramlarının icrasından danışılır.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan bu gün dünyaya açıq olan ölkədir. Xarici ölkələrdən buraya səyahət edən turistlər enerji və təbii sərvətlərin düzgün istifadəsi və sərmayələr nəticəsində əldə edilmiş inkişafın, ölkədə bərqərar olunmuş əmin-amanlığın şahidi olurlar. Bütün bunlar ölkənin strateji maraqlarının təmin edilməsi üçün vacib amillərdir.

Müəllif Azərbaycan xalqının qonaqpərvərliyi, nəzakət və mədəniyyəti, Azərbaycan mətbəxinin çoxçeşidli və dadından danışır.

Məqalədə bildirilir ki, "Bakı Bulvarı” dünyanın ən uzun sahilyanı gəzinti parkıdır, orada daim, xüsusilə axşam saatlarından gecə yarısınadək insanlar gəzərək istirahət edir.

Gəzinti və istirahət üçün Bakı şəhərinin ən gözəl və tarixi yerlərindən yazan müəllif qeyd edir: "Azərbaycanda hər şey var. Mən orada olanların kiçik bir hissəsini görmüşəm. Buna görə də ölkə haqqında dolğun məlumatı verə bilmərəm. Ziyarət etdiyim yerlərdən Bakı müasirlik və gözəlliklə fərqlənir. Bu şəhəri ziyarət etməyə tərəddüd etməyin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video