Alternative content

09:59 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
ANA SƏHİFƏ / Birinci vitse-prezident
22:42 14.02.2019

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirdi. Qeyd edildi ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.

Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış oldu, müəssisənin azyaşlı sakinləri ilə görüşdü.

Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlandı.

Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşdülər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışdılar.

Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onlara yaxşı oxumağı tövsiyə etdi, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayaraq dedi:

-Çox sağ olun, uşaqlar. Çox sağ olun ki, məni belə gözəl rəqslə qarşıladınız. Çox gözəl oynayırsınız.

Direktor Nazilə İsmayılova: Siz sağ olun, Mehriban xanım. Uşaqların adından Sizə təşəkkür edirik. Hər zaman Sizin isti qəlbinizin məhəbbətini hiss edirik. O qəlbin istiliyini hiss edirik ki, bu uşaqlar 2017-ci ildə Sizin təşəbbüsünüzlə 10 gün Moskva şəhərində oldular, istirahət etdilər, yeni dostlar tapdılar. Minnətdarıq, var olun, Allah Sizi, möhtərəm Prezidentimizi, ailənizi qorusun. Hər zaman dualarımız Sizinlədir.

Mehriban Əliyeva: Çox sağ olun. Bizim bu gözəl balalarımıza öz sevgimi çatdırıram. Bilin ki, siz bizim ölkəmizin gələcəyisiniz, siz mənim üçün çox əzizsiniz. Sizin indi əsas vəzifəniz ondan ibarətdir ki, yaxşı oxuyasınız, bilikli, savadlı olasınız. Çünki Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Mən də hər zaman Sizin yanınızdayam.

Nazilə İsmayılova: İnşallah. Çox sağ olun, Mehriban xanım, təşəkkür edirəm.

Qeyd edək ki, bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirildi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM