Alternative content

21:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhlükəsizlik və müdafiə komitəsinin payız sessiyası üçün iş planı təsdiq olundu
Təhlükəsizlik və müdafiə komitəsinin payız sessiyası üçün iş planı təsdiq olundu
ANA SƏHİFƏ / Milli Məclis
01:09 20.09.2011

 

Sentyabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq dedi ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi 2011-ci il yaz və növbədənkənar sessiyaları dövründə məhsuldar işləmiş, ölkənin ictimai-siyasi, iqtisadi və hərbi sahələrinin, eləcə də beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı bir sıra mühüm qanunlar hazırlamışdır.

Komitənin üzvləri yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmiş, Azərbaycan dövlətinin və xalqının milli maraqlarının müdafiəsində fəallıq göstərmişlər.

Ziyafət Əsgərov bildirdi ki, sessiyalar dövründə komitədə müzakirə olunmuş Azərbaycanla Qazaxıstan arasında mülki müdafiə sahəsində birgə əməkdaşlığa, Xəzər dənizində təhlükəsizliyin qorunmasına, Latviya ilə fövqəladə hallar sahəsində əməkdaşlığa dair beynəlxalq sazişlər, hərbi qulluqçularla bağlı qanun Milli Məclisdə təsdiq edilmişdir. Komitə payız sessiyasında da bir sıra vacib qanun layihələri hazırlayaraq parlamentin müzakirəsinə təqdim edəcək.

İclasda komitənin 2011-ci il yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərin hesabatı nəzərə alınmış, payız sessiyası üçün iş planı təsdiq edilmişdir.

Sonra "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" saziş layihəsi müzakirə olunmuşdur. Milli Məclis Sədrinin birinci müavini  bildirmişdir ki, cari ilin iyun ayında Belqrad şəhərində imzalanmış bu saziş Azərbaycan xalqının maraqlarına tam uyğundur. Sənəd hər iki dövlətin milli qanunvericiliyinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun hazırlanıb. Sazişdə fövqəladə hallar sahəsində əməkdaşlıq və digər məsələlər əksini tapıb.

Sonda sənəd təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olundu.