14 Fevral 2019 22:00
246
CƏMİYYƏT
A- A+

Dövlət Miqrasiya Xidmətində RESTART layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib


Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında reinteqrasiya üzrə işçi qrupunun beşinci iclası çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə həyata keçirilən "Geri qayıdan Azərbaycan Respublikası vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə işçi qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, Almaniya, Niderland və Polşa səfirliklərinin rəsmiləri, Almaniyanın Daxili İşlər Nazirliyi, Niderlandın Ədliyyə və Təhlükəsizlik Nazirliyinin baş məsləhətçiləri, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, MOBILAZE layihəsinin nümayəndələri iştirak ediblər.

DMX-nin sədri Vüsal Hüseynov görüşün mühüm əhəmiyyət daşıdığını, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyasının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin səmərəliliyinin daha da artırılması, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. O, ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı DMX və aidiyyəti dövlət qurumları tərəfindən görülmüş işləri diqqətə çatdırıb.

Tədbirdə reinteqrasiya yardımı üzrə ilkin mərhələ olaraq təlimatların hazırlanması qərara alınıb. Həmçinin iştirakçılarının təqdimatları dinlənilib, layihənin uğurla həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Xatırladaq ki, "RESTART” layihəsinin məqsədi Azərbaycan vətəndaşlarının Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün ölkəmizdəki dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının reinteqrasiya sahəsində potensiallarını gücləndirməkdən ibarətdir. Azərbaycan Respublikasının Avropa İttifaqı, Norveç, İsveçrə və Monteneqro ilə imzalanmış dörd readmissiya sazişi mövcuddur. Bununla yanaşı, hazırda Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Pakistan və Serbiya kimi dövlətlərlə də readmissiya üzrə saziş layihələrinin imzalanması istiqamətində müvafiq işlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video