Alternative content

05:34 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri müzakirə edilib
Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri müzakirə edilib
ANA SƏHİFƏ / Elm və texnika
16:25 14.02.2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu "Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri” mövzusunda dəyirmi masa keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyini, bu istiqamətdə görülən işlərin ölkə başçısı İlham Əliyev tərəfindən daim nəzarətdə saxlandığını vurğulayıb.

Qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutu da fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər keçirir. İnstitutun elmi şurasının qərarı ilə ötən ilin yanvar ayında "Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedra açılıb. Kafedranın fəaliyyətə başladığı bir il ərzində fiziki imkanları məhdud şəxslərin sosial hüquqları ilə bağlı problemli məsələlər müzakirə edilib, bu kateqoriyadan olan insanlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər verilib. "Əlilliyi olan şəxslərin məşğulluğu problemləri” kitabı nəşr olunub.

Milli Məclisin deputatı Hadı Rəcəbli bildirib ki, fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsi, peşə hazırlığı, iş yerləri ilə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətəndaşlarımızın bu kateqoriyasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva insanların sosial hüquqları ilə bağlı məsələləri nəzarətində saxlayır.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova institutun fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndirib.

Dəyirmi masa iştirakçıları fiziki imkanları məhdud şəxslərin məşğulluq problemlərini, onların sosial hüquqları ilə bağlı problemli məsələləri müzakirə edib və təkliflər veriblər.

Tədbirdə Milli Məclisin deputatları, sosial qanunvericilik şöbəsinin əməkdaşları, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM