Alternative content

18:31 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyada 1 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
Rusiyada 1 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
ANA SƏHİFƏ / Elm və texnika
16:25 14.02.2019

2018-2019-cu tədris ilində Azərbaycandan olan 205 nəfərin RF-də büdcə hesabına pulsuz təhsil alması üçün kvota ayrılıb. Ümumiyyətlə, təhsilin bütün növləri üzrə, aspirantura da daxil olmaqla 11 mindən çox Azərbaycan vətəndaşı oxuyur. Onlardan 1017 nəfəri federal büdcə vəsaitləri hesabına, 10284 nəfəri kommersiya əsasında təhsil alır.

AZƏRTAC xəbər verir ki, "Rossotrudniçestvo” agentliyinin rəhbəri Eleonora Mitrifanova bu məlumatı RF Dövlət Dumasında keçirilmiş "Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masada səsləndirib. O qeyd edib ki, Azərbaycanda 130 min nəfərlik rusdilli diaspor yaşayır. Bu, ən iri rusdilli icmalardan biridir. Digər tərəfdən, hazırda Rusiya ərazisində 2,5 milyon Azərbaycan vətəndaşı çalışır. Zəngin mədəni əlaqələr siyasi əlaqələrin mühüm əsasıdır və onları tamamlayır. İlk növbədə ölkələrimizin liderləri Vladimir Putin və İlham Əliyevin münasibətləri çox səmərəli və intensivdir. Bizim nazirlər müntəzəm olaraq görüşürlər. Keçən həftə Patriarx Kirill Azərbaycan Prezidenti ilə görüşüb. Rəmzi haldır ki, Azərbaycan Rusiyanın üçüncü ölkələrlə danışıqlar aparması üçün dəfələrlə qonaqpərvər beynəlxalq məkan kimi çıxış edib və bu missiyanı davam etdirir. Biz Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk”.

"Rossotrudniçestvo” agentliyinin rəhbəri xatırladıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340-dan çox məktəb var, 3 mindən çox məktəbdə isə rus dili xarici dil kimi tədris edilir. Həmin məktəblərdən 50-si Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi layihəsinə daxil edilib. E. Mitrofanova sonda deyib: "Ölkələrimiz arasında ikitərəfli humanitar əlaqələr möhkəmdir və bu əlaqələrin intensiv inkişafı davam edir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM