13 Fevral 2019 21:37
385
CƏMİYYƏT
A- A+

Türkiyənin Kahramanmaraş bölgəsinin erməni silahlılarından azad olunmasının 99-cu ildönümü qeyd edilib


Türkiyənin Kahramanmaraş bölgəsinin erməni silahlı birləşmələrinin işğalından azad olunmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bu münasibətlə təşkil olunan rəsmi mərasimdə iştirak edib.

Əvvəlcə Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhlarına dualar oxunub.

Mərasimdə Türkiyənin vitse-prezidenti Fuad Oqtay, Kahramanmaraş valisi Vahdettin Özkan, Kahramanmaraş Böyükşəhər bələdiyyəsinin sədri Fatih Mehmet Erkoç, Qarnizon komandanı, polkovnik Adnan Köşkər və başqaları çıxış ediblər.

Çıxışlarda Böyük Britaniya ordusu tərəfindən işğal olunan və sonradan Fransa hərbi birləşmələrinə təhvil verilən, onlardan sonra erməni silahlı birləşmələri tərəfindən xaincəsində ələ keçirilən bölgənin düşməndən azad olunması Türkiyə xalqının şərəf tarixi kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Anadolunun digər bölgələrində olduğu kimi, Kahramanmaraşda da erməni silahlı birləşmələri Osmanlı dövlətinə qarşı xəyanət edərək düşmənə yardım göstərib. Erməni silahlıları yerli əhaliyə divan tutub, müsəlmanlar kütləvi şəkildə qətlə yetirilib, əhalinin mal-mülkünə qarşı talançılıq törədilib. Kahramanmaraşlılar böyük şücaət göstərərək ağır döyüşlər nəticəsində 1918-ci il fevralın 12-də öz ata-baba yurdlarını cinayətkar ermənilərdən xilas ediblər.

Rəsmi hissədən sonra mərasim bədii proqramlarla davam etdirilib.

Səfir X.İbrahim mərasimdən sonra Kahramanmaraş valiliyində və Böyükşəhər bələdiyyəsində olub.

Böyükşəhər bələdiyyəsi ilə tanışlıq zamanı bildirilib ki, Türkiyə dövlətinin banısı Mustafa Kamal Atatürk Kahramanmaraşın erməni silahlı birləşmələrindən azad olunması münasibətilə öz imzası ilə Kahramanmaraşa "İstiqlal” ordeni təqdim edib. Fatih Mehmet Erkoç bildirib ki, bu orden kahramanmaraşlılar üçün ən dəyərli milli sərvətdir.

Xatırladaq ki, Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin fevralın 12-də açılış mərasimi keçirilib. Parkın salınması və orada Ana fəryadı abidəsinin ucaldılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video