13 Fevral 2019 21:28
487
İQTİSADİYYAT
A- A+

“KAMAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası istehsal edə bilər



"KAMAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın "KAMAZ” ASC-nin baş direktoru Sergey Koqoqinlə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.

Nazir bir neçə gün əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş” ASC-nin Rusiya Federasiyasının "QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə "QAZ” avtomobillərin istehsalı zavodunun təməlinin qoyulduğunu, Gəncə Avtomobil Zavodunun Rusiyanın "KAMAZ” və "Ural” zavodları ilə əməkdaşlığı məsələsinin müzakirə edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2015-ci ilin fevralında "KAMAZ” ASC ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Gəncə Avtomobil Zavodunda "KAMAZ” avtomobillərinin yığımı həyata keçirilir.

Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı olaraq inkişaf etdiyini vurğulayan Ş.Mustafayev əməkdaşlığın inkişafı üçün potensialı qeyd edib.

Rusiyanın "KAMAZ” ASC-nin baş direktoru S.Koqoqin "KAMAZ” avtomobillərindən hazırda dünyanın 80-dən çox ölkəsində istifadə edildiyini, MDB ölkələrində "KAMAZ” ASC-nin 40-dan artıq servis xidmətinin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan bazarının əlverişli olduğunu diqqətə çatdıran S.Koqoqin qeyd edib ki, "KAMAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. Bundan başqa, yeni nəsil "KAMAZ” avtomobilləri üçün Bakıda və regionlarda servis xidməti yaradıla bilər.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, bir sıra ehtiyat hissələrinin Azərbaycanda istehsalının təşkili imkanları müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video