13 Fevral 2019 17:28
393
DÜNYA
A- A+

Ermənistanda növbəti etiraz aksiyası başlayıb


Ermənistanda Alaverdi Misəritmə Zavodunun fəhlələri etiraz aksiyası keçirirlər. Onlar zavodun yaxınlığından keçən Gürcüstan-Ermənistan dəmir yolunu bağlayıblar. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanla görüşmək tələbi irəli sürüblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, fəhlələrin etiraz aksiyasının səbəbi zavodun ekologiya idarəsi tərəfindən 380 milyon dram (700 min dollar) məbləğində cərimə olunması və bunun nəticəsində borclu olduğu bankın mülkiyyətinə verilməsidir. Nəticədə əmək müqavilələrinə xitam verilib və ilin əvvəlindən yüzlərlə fəhlə işsiz qalıb.

Aksiya iştirakçılarının Lori vilayətinin qubernatoru ilə danışıqları da nəticəsi başa çatıb. Aksiyada iştirak edən 200-dən çox fəhlə problemləri həll olunmayana qədər dəmir yolunu açmayacaqlarını elan ediblər. Baş nazir Paşinyan isə bildirib ki, hökumət zavodun banka verilməsi haqqında məhkəmənin qərarına müdaxilə edə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video