13 Fevral 2019 17:28
448
DÜNYA
A- A+

Fransa məhkəmələri etirazçılar barəsində 1800-ə yaxın hökm çıxarıb


Ötən ilin noyabrından başlayaraq Fransa məhkəmələri nümayiş iştirakçıları barədə 1800-ə yaxın ittiham hökmü çıxarıb. Bu barədə Baş nazir Eduard Filipp parlamentin aşağı palatasının – Milli Assambleyanın qarşısında çıxış edərkən məlumat vermişdir.

Filippin dediyinə görə, hadisələr başlayandan bəri 1796 ittiham hökmü çıxarılmışdır, 1422 nəfər isə məhkəmənin qərarını gözləyir. Bundan əlavə, 1300-ə yaxın iş islah məhkəməsində qaldırılmış, 316 nəfər barəsində həbs qətimkan qərarı seçilmişdir.

Fransada "sarı jiletlər” hərəkatı ötən il noyabrın ortalarında qiymətlərin və vergilərin artırılmasına etiraz əlaməti olaraq başlamışdır. Sonradan nümayişçilərin tələbləri dövlət hakimiyyəti təsisatlarına qarşı yönəlmişdir. Dövlət orqanları ölkəni qeyri-effektiv idarə etməkdə və yoxsulluğa qarşı mübarizədə lazımi tədbirlər görməməkdə ittiham edilir.

Etiraz aksiyaları tez-tez aqressiv əhval-ruhiyyəli nümayişçilərin iştirakı ilə iğtişaşlar, vandalizm və qarətlə müşahidə olunur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video