13 Fevral 2019 17:27
435
DÜNYA
A- A+

ABŞ-ın dövlət borcu tarixi rekorda çatdı


ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 22 trilyon dolları keçmişdir. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat vermişdir.

Dəqiq rəqəm 22,012 trilyon dollardır. Özü də cari ayın əvvəlindən bəri bu göstərici 90 milyarddan çox artmışdır. Bundan əlavə, son 11 ay ərzində dövlət borcu 1 trilyon dollar çoxalmışdır.

"USA Today” qəzeti yazır ki, Donald Trampın hakimiyyəti dövründə dövlət borcu sürətlə artır. Buna səbəb ABŞ büdcəsinə təxminən 1,5 trilyon dollara başa gəlmiş keçənilki vergi islahatı, habelə müdafiə xərclərinin artmasıdır.

Bundan əvvəl xəbər verilmişdi ki, 2018-ci maliyyə ilində ABŞ büdcəsinin kəsiri 17 faiz artaraq 779 milyard dollara çatmışdır. Güman olunur ki, 2020-ci ildə büdcə kəsiri 1 trilyon dolları keçəcək. Eyni zamanda hökumətin xərclərinə heç bir nəzarət olmadığından dövlət borcu artmaqda davam edəcək.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video