Alternative content

08:53 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda əhalinin tibbi müayinəsinə başlanılıb
Azərbaycanda əhalinin tibbi müayinəsinə başlanılıb
ANA SƏHİFƏ / Səhiyyə
16:39 13.02.2019

Azərbaycanda əhalinin tibbi müayinəsinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.

Qusar rayon mərkəzi xəstəxanasının əvvəlcədən apardığı ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Mayın 12-sinə kimi rayon üzrə 98 min rayon sakini müayinədən keçməlidir. Hazırda gün ərzində orta hesabla 450-500 nəfər rayon sakini müayinəyə cəlb edilir.

Sakinlər tibbi müayinələrdən yararlanmaq üçün rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində müvafiq qaydada qeydiyyatdan keçir və yüksəkixtisaslı, təcrübəli həkim mütəxəssislərin qəbulunda olurlar. Burada onlar terapevt, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb işçiləri tərəfindən hərtərəfli müayinə və müalicə olunurlar.

Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar.

Rayon sakinləri tərtib olunan qrafikə uyğun olaraq mərkəzi rayon xəstəxanası ilə yanaşı kənd sahə xəstəxanalarında da müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən keçirilən tibbi aksiyada kənd və qəsəbələrin əhalisi çox fəallıqla iştirak edir.

Ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. İndi Azərbaycanın bütün regionlarında mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Bu humanist kampaniyanın genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə müsbət təsir təsiri danılmazdır.

Qeyd edək ki, ötən il Qusarda aksiya çərçivəsində rayon əhalisinin 58-mini tibbi müayinəyə cəlb olunub. Müayinəyə gələn 14 min nəfərə ambulator müalicə təyin olunub, 660 nəfər rayon xəstəxanasında stasionar müalicəyə yerləşdirilib, 124-nəfər isə müayinə və müalicə üçün paytaxt xəstəxanalarına göndəriliblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM