13 Fevral 2019 15:44
426
DÜNYA
A- A+

Ermənistan bu dəfə də ABŞ-ın qəzəbinə tuş gəlib


Suriyada humanitar missiya yerinə yetirəcəyini və bu ölkədə hərbi əməliyyatlarda da iştirak edəcəyi ehtimalının olduğunu bəyan edən işğalçı Ermənistan bu dəfə də Vaşinqtonun qəzəbinə tuş gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ermənistanın Suriyaya həkim və sapyorlardan ibarət qrup göndərməsi ABŞ hakimiyyətinin sərt etirazına səbəb olub. Birləşmiş Ştatlar Dövlət Departamentinin bununla bağlı yayılmış bəyanatında bildirilir ki, Yerevanın "Əsəd rejiminə” yardım missiyasında iştirakı qəbuledilməzdir. Vaşinqtonun rəsmi bəyanatında deyilir: "Dövlət Departamenti üçüncü dövlətlərin Suriyada yaranmış humanitar vəziyyətə həssaslığını anlayır. Lakin ABŞ bu məsələdə də Suriya Silahlı Qüvvələri ilə hər hansı əməkdaşlıq etmək istəmir. Biz, həmçinin Ermənistanın ... da bu missiyada iştirakını dəstəkləmirik”.

Xatırladaq ki, bu günlərdə Ermənistanın müdafiə naziri D.Tonoyan öz bəyanatında erməni hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak edəcəyi ehtimalını da istisna etməyib. Bəyanatın ciddi fəsadlar doğuracağını anlayan baş nazir N.Paşinyan isə onun bu sözlərinin təkzib edib və "jurnalistlərin sualı düzgün vermədiyini və cavabın da başqa kontekstdə olduğunu” iddia edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video