13 Fevral 2019 15:37
896
Səhiyyə
A- A+

Dünya Səhiyyə Təşkilatı: qida mənşəli xəstəliklər səbəbindən ildə 420 min insan həyatla vidalaşır


Milyonlarla insan qida zəhərlənmələri nəticəsində xəstələnir və həyatdan köçürlər. Əddis-Əbəbədə (Efiopiya) açılan Qida Məhsullarının Təhlükəsizliyi məsələlərinə dair Birinci Beynəlxalq Konfransın iştirakçıları bu tendensiyanın qarşısını almaq məqsədilə müzakirələr aparırlar.

AZƏRTAC bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir. Konfrans BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi ilə keçirilir.

Hər il 600 milyon insan tərkibində bakteriya, virus, parazit, toksin və kimyəvi preparatlar olan qida məhsullarının qəbul edilməsi nəticəsində xəstələnir. İldə 420 min insan qida zəhərlənməsi nəticəsində ölür. Keyfiyyətsiz yeməklər təxminən yüzlərlə yoluxucu və hətta qeyri-yoluxucu xəstəliklərin, o cümlədən xərçəng xəstəliklərinin səbəbi ola bilər.

"Qida məhsulları xəstəliyin və ölümün səbəbi deyil, doyma və həzzin mənbəyi olmalıdır. Keyfiyyətsiz yemək ildə yüz minlərlə ölümə səbəb olsa da, indiyədək bu problemə lazımi diqqət yetirilimir”, - deyə DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus konfransın açılışındakı çıxışında bildirib.

DST rəhbəri qeyd edib ki, qloballaşma şəraitində ərzaq məhsullarının təhlükəsizliyi hər birimizin problemidir. Konfransda 130 ölkədən nümayəndələr – səhiyyə, kənd təsərrüfatı nazirləri, alimlər, həmçinin qida məhsulları istehsalçıları, istehlakçılar və distribütörlərin təmsilçiləri iştirak edir. Onlar qida məhsullarının təhlükəsizliyinə dair problemlərin həlli yollarını müəyyən edəcəklər.

Ekspertlər əmindirlər ki, istehlakçıları təhlükəsiz ərzaqlar barədə məlumatlandırmaqla nəinki xəstəliyin dairəsini, həmçinin iqtisadi zərəri də azaltmaq mümkündür. Axı qida zəhərlənmələri yoxsul və orta inkişaf səviyyəli ölkələrdə məhsuldarlığın aşağı düşməsinə, iqtisadi itkilərin həcminin 95 milyard dollara çatmasına gətirib çıxarır.

2050-ci ilədək əhalinin üçdə ikisi 10 milyondan çox sakini olan nəhəng şəhərlərdə yaşayacaq ki, bununla bağlı ərzağın paylaşdırılması və qida tullantılarının işlədilməsi kimi məsələlərdə əlavə investisiyalar tələb ediləcək. İqlimin dəyişməsi ilə patogen və mikotoksinlərin, dəniz biotoksinlərinin və kadmium, civə və s. kimi ağır metalların qidalara düşmə mexanizmi də dəyişir.

Bu problemin qlobal miqyasını nəzərə alaraq, 2018-ci ilin dekabrında Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyasının nümayəndələri iyunun 7-sini Dünya Qida Məhsullarının Təhlükəsizliyi Günü elan ediblər. BMT Baş Assambleyasının üzvləri qeyd ediblər ki, ərzaq istehsalı-satışı əməliyyatları zənciri xeyli mürəkkəbləşib, ərzaqla bağlı hər hansı neqativ hallar dünya əhalisinin sağlamlığı, ticarət və iqtisadiyyat üçün ciddi fəsadlar doğura bilər.

BMT Baş Assambleyasının üzvləri xatırladıblar ki, Dünya Səhiyyə Təşkilatı qida məhsullarının beynəlxalq standartlarının işlənib hazırlanmasında aparıcı rol oynamalıdır. Onlar dövlətləri istehlakçıların sağlamlığını qorunmağa çağırıblar.

Ərzaq təhlükəsizliyi ilə bağlı növbəti tədbir aprelin 23-24-də Cenevrədə keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video