13 Fevral 2019 13:06
354
CƏMİYYƏT
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir


Fevralın 13-ü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranması günüdür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Əvvəlcə dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb. Bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb. SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və yeddi ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Vurğulanıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir. Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.

A.Rəhimov diqqətə çatdırıb ki, indiki dövrdə hər bir azərbaycanlı orduda xidmət etməyi özünün ən böyük vətənpərvərlik borcu hesab edir. Çünki hər bir çağırışçı, ehtiyatda olan hərbi qulluqçu əmindir ki, Azərbaycan Prezidentinin ordu quruculuğu sahəsində apardığı siyasətin əsasını Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları təşkil edir. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, əgər biz məqsədimizə sülh yolu ilə nail ola bilməsək, onda hansı yolla olursa-olsun, düşmən tapdağı altında qalan ərazilərimizi azad edəcəyik.

General-leytenant Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Xidmət rəisi əlavə edib ki, ötən dövrdə Xidmətin "Vahid elektron informasiya sistemi” və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı, sosial şəbəkə hesabları yaradılıb. SHXÇDX-nin rəsmi internet saytı bu il iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video