Alternative content

16:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Payız sessiyasında Milli Məclisin Sosial siyasət komitəsinin fəaliyyəti məhsuldar olacaq
Payız sessiyasında Milli Məclisin Sosial siyasət komitəsinin fəaliyyəti məhsuldar olacaq
ANA SƏHİFƏ / Milli Məclis
01:09 20.09.2011

 

Sentyabrın 19-da Milli Məclisin Sosial siyasət komitəsinin 2011-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitənin sədri Hadi Rəcəbli əvvəlcə Sosial siyasət komitəsinin 2011-ci il yaz sessiyasında gördüyü işlər və komitənin payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirildi ki, 2011-ci ilin yaz və növbədənkənar sessiyası dövründə komitənin on iclası keçirilib. Bu iclaslarda 17 məsələ müzakirə edilib, Milli Məclisə komitə tərəfindən 11 qanun layihəsi tövsiyə olunub. Həmin dövr ərzində komitəyə 740 sənəd, o cümlədən vətəndaşlardan 675 ərizə daxil olub. Komitədə 540 nəfər vətəndaş qəbul edilib və onların ərizələri əlaqədar təşkilatlara göndərilib.

Komitə üzvləri hesabatı nəzərə aldılar.

Hadi Rəcəbli daha sonra bildirdi ki, Sosial siyasət komitəsi bu sessiyada "Sosial xidmət haqqında", "Pasiyentin hüquqları haqqında" qanun layihələrini, o cümlədən "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər edilməsinə dair məsələni müzakirə edərək Milli Məclisin plenar iclaslarına çıxarılmasını planlaşdırır. Bununla yanaşı, sessiya ərzində komitədə "Gənc ailənin sosial müdafiəsi haqqında", "Sosial sifarişlər haqqında", "Ailə həkimi haqqında", "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri üzərində iş aparılacaq.

Müzakirələr zamanı deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı, İlham Məmmədov, Əhliman Əmiraslanov, Yaqub Mahmudov və Rauf Əliyev çıxış edərək qanunvericilik işləri planı və digər məsələlər barədə fikirlərini bildirdilər.

İclasda "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələri müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edildi.