12 Fevral 2019 21:32
458
SİYASƏT
A- A+

Türkiyədə Xocalı Parkının və Ana fəryadı abidəsinin açılışı olub


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, diplomatlar, millət vəkilləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, yerli sakinlər, QHT və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunub.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fateh Mehmet Erkoc, Türkiyə Böyük Millət Məclisinin deputatı İmran Kılıç, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Kahramanmaraş-Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Turalın Şahbazlı və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistanın Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımı aktı ötən əsrdə dünyada insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi dəyərləndirilib. Əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə xalqları heç zaman Xocalı soyqırımını unutmayacaqlar. Saxta "erməni soyqırımı”nı siyasi alətə çevirən qüvvələr, ilk növbədə, Xocalı soyqırımına baxmalıdırlar.

Vurğulanıb ki, Kahramanmaraş şəhərində belə bir parkın salınması və burada Xocalı abidəsinin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunədir.

Sonra parkda Xocalı şəhidlərinin xatirəsinə ağaclar əkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video