Alternative content

03:35 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan ciddi logistika problemləri ilə qarşılaşıb
Ermənistan ciddi logistika problemləri ilə qarşılaşıb
ANA SƏHİFƏ / DÜNYA
21:30 12.02.2019

Ermənistan yüklərin Gürcüstandan və İrandan daşınmasında ciddi problemlərlə qarşılaşıb. Belə ki, 2012-2018-ci illərdə Gürcüstandan bu ölkəyə dəmir yolu ilə yükdaşımaları 43 faiz azalıb, İran ərazisindən isə logistika fəaliyyəti iflic olub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Tbilisi "Yuxarı Lars” keçid-məntəqəsinin həddindən çox yüklənməsi səbəbindən taxılın bu yolla Rusiyadan Ermənistana daşınmasını da qadağan etmək niyyətindədir. Əvvəllər Poti limanından yüklərin qatarla Ermənistana göndərilməsi də iflic olub. Nəqliyyat dəhlizinin tədqiqatı Mərkəzinin direktoru Paata Çaqareşvili bildirib ki, gürcü hökuməti bu problemlərin həlli üçün yollar axtarır. Avtomobil yolu ilə Ermənistana yükdaşımalarına dair Gürcüstanla razılaşmanın müddəti isə 2019-cu il oktyabrın 1-də başa çatır.

Çaqareşvili əlavə edib ki, Gürcüstandan Ermənistana yükdaşımaların kəskin azalması bir neçə il əvvəl İran marşrutunun fəaliyyətinin güclənməsi ilə əlaqədardır. Belə ki, ABŞ-ın İrana qarşı yenidən sanksiyaları gücləndirməsindən əvvəl erməni şirkətləri Çin və digər ölkələrdən yükləri Bəndər-Abbas limanı vasitəsilə İran ərazisindən daşıyırdılar. "Həmin vaxt Poti limanına Ermənistan yükləri ilə bir konteyner belə daxil olmurdu. Bəndər-Abbas limanı ermənilər üçün ən mühüm yükdaşıma və yükaşırma məntəqəsinə çevrilmişdi. Lakin ABŞ-ın sanksiyaları bu prosesə mənfi təsir etdi”, -deyə gürcü ekspert vurğulayıb.

Ermənistanın "Sati” logistika şirkətinin direktoru Makar Arakelyan da bu fikri təsdiq edib. Onun sözlərinə görə, erməni sahibkarların Çindən gətirdiyi mallar Bəndər-Abbas limanından ünvanına 18 günə, Potidən isə 35 günə çatdırılırdı. "Lakin sanksiyaların tətbiqindən sonra gəmiçilik və sığorta şirkətlərinin heç biri İranın limanı ilə iş görmək istəmir. Digər tərəfdən, logistika şirkətləri yükləri hətta anonim şəkildə də İran limanına daşıya bilmirlər. Sifarişçilər yüklərin İran ərazisindən daşınmayacağı barədə xüsusi sənəd tələb edirlər”, -deyə erməni sahibkar qeyd edib.

Ekspertlər bildirirlər ki, vəziyyətin bu cür davam edəcəyi təqdirdə Ermənistan iqtisadiyyatı ciddi problemlərlə qarşılaşacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM