Alternative content

01:59 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Emosional aclıq nədir?
Emosional aclıq nədir?
ANA SƏHİFƏ / Səhiyyə
21:23 12.02.2019

Qida hər birimiz üçün vacibdir. Bir çox insanlar sağlamlığını və enerjisini qorumaq üçün, bəziləri isə darıxdığından, stressi və ya emosional ağrıları aradan qaldırmaq üçün qidalanır. Emosional aclıq mütəmadi olaraq böyük miqdarda qida qəbul etmək vərdişidir. Bu iştaha fərqli hisslərdən irəli gəlir və aclıq deyil. Ekspertlərin fikrincə, doymamağın 75 faizi emosiyalardan yaranır. Təklik, zəiflik, hirs, məyusluq, depressiya, narahatlıq kimi hisslər şüursuz və nəzarətsiz qidalanmağa səbəb ola bilər. Xoşbəxtlikdən, qida asılılığını aradan qaldırmanın bir çox yolu var. Onun öhdəsindən gəlmək üçün istək və iradə lazımdır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.

Sağlam qidalanma üzrə mütəxəssis, həmçinin fiziki və emosional aclıq arasındakı fərqlər barəsində məlumat verərək deyib: "Fiziki aclıq tədricən artır, yalnız emosional aclıq isə birdən-birə yaranır. İnsanlar adətən emosional aclığı qeyri-sağlam yeməklə aradan qaldırmağa çalışırlar. O zaman zərərli qidalar qəbul edirlər, məsələn, çox şirin və duzlu yeməklər yeyirlər. Fiziki aclığın tələbatını ödədikdən sonra artıq yeməmək üçün dayanırsınız. Bu hal emosional aclıqda çətin olur. Emosional aclıq hissi beyinlə bağlıdır. Siz pizza və ya dondurmanın dadını ağzınızda hiss edə bilirsiniz və beyniniz daim arzuladığınız qida haqqında düşünməyə başlayır. Fiziki aclıq mədədə hiss olunur. Qarın boşluğundan uğultu səsləri eşidilir. Maraqlısı budur ki, emosional aclığı doydurmaq insanda günah və xəcalət hissi oyadır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM