Alternative content

03:27 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZƏRTAC-ın Qətər və Livan KİV-ləri ilə sıx əməkdaşlığı məmnunluq doğurur
AZƏRTAC-ın Qətər və Livan KİV-ləri ilə sıx əməkdaşlığı məmnunluq doğurur
ANA SƏHİFƏ / SİYASƏT
21:05 12.02.2019

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları AZƏRTAC-da olublar.

Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, mətbuatı, həmçinin AZƏRTAC-ın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Şərqdə ilk dəfə demokratik cümhuriyyət Azərbaycanda qurulub. Müstəqil Azərbaycan dövləti əsası həmin dövrdə qoyulan demokratik ənənələri davam etdirir və zənginləşdirir. Bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi qlobal platformaya çevrilib. Ölkənin tarixi məkanları, təbiəti, qədim mədəniyyəti, yaradılan müasir infrastruktur turizmin inkişafına böyük təkan verib.

Qeyd olunub ki, Azərbaycanda hazırda çox sayda onlayn və çap KİV-ləri fəaliyyət göstərir. 1920-ci ildə yaradılan və böyük inkişaf yolu keçən AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli İnformasiya Agentlikləri Birliyinə sədrlik edir. AZƏRTAC, eyni zamanda, ərəb ölkələrinin bir çox media qurumları, o cümlədən Qətərin QNA və Livanın NNA agentlikləri ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının media orqanı olan İslam Ölkələri İnformasiya Agentlikləri Birliyinin Şura üzvüdür.

Livanın "Cumhuriyyə” qəzetinin baş redaktoru, Livan Jurnalist Həmkarları Təşkilatının sədr müavini Corc Solac AZƏRTAC-ın dünya informasiya məkanında fəaliyyətinin yüksək qiymətə layiq olduğunu, ərəb ölkələrinin KİV-ləri, xüsusən də Livanın xəbər agentliyi ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirib.

İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qətərin "Qalf Tayms”, "Al-Arab”, "Lusail”, "Al-Raya”, "Peninsula”, "Al-Şarq”, həmçinin Livanın "Media Deyli Star” və "Cedarnyus” qəzetlərinin müxbirlərinin iştirak etdiyi görüşdə Azərbaycanda medianın inkişafı, müasir jurnalistikanın trendləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qətər və Livan KİV-lərinin əməkdaşları Dövlət Turizm Agentliyində də görüş keçiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM