12 Fevral 2019 18:24
502
CƏMİYYƏT
A- A+

Azərbaycanla BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında yeni layihə sənədləri imzalanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondu arasında "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihələrinin imzalanması mərasimi olub.

AZƏRTACxəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının proqram müşaviri Leyla Fathi, BMT Əhali Fondunun Proqram müşavirləri Bəhicə Əliyeva, Nərminə Məlikova və başqaları iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq, əhalinin həssas qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Nazir bu sahədə beynəlxalq əməkdaşlıq müstəvisində birgə layihələrin icrasına xüsusi əhəmiyyət verildiyini deyib. O bildirib ki, ötən ilin dekabr ayında nazirliklə BMT İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına töhfə vermək məqsədinə yönəlib.

Nazir bildirib ki, hazırda imzalanan iki layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, mühüm sosial əhəmiyyət daşıyır. Belə ki, "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı işlərə dəstək məqsədi daşıyır. 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasında təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluqlarının, öz kiçik bizneslərini yaratmalarının dəstəklənməsi və əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi mühüm yer tutur. Onun verdiyi məlumata görə, layihənin maliyyə dəyəri 1 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

"Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi həmin prosesə uyğun olaraq, hökumətin yaşlıların rifah halının yaxşılaşdırılması istiqamətində səylərinə dəstək verəcək. Layihə 10 mindən çox şəxsi əhatə edəcək və layihə çərçivəsində bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyət növləri (müvafiq sahədə siyasətin təkmilləşdirilməsi üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsinə dair ictimai məlumatlılığın artırılması, sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn pilot tədbirlər) həyata keçiriləcək. Həmin layihənin maliyyə dəyəri isə 600 min manat məbləğindədir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Q.İsakzai BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığını ildən-ilə genişləndirdiyini qeyd edib. O, layihələrin bu istiqamətdə mühüm addımlar olduğunu və onların sosial sahədə mühüm nəticələrin əldə edilməsində əhəmiyyətli rola malik olacağına əminliyini bildirib.

Demoqrafik sahədə müsbət vəziyyətin mövcud olduğu Azərbaycanın müvafiq sahədə siyasətin hazırlanması və inkişaf etdirilməsində BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığından da razılıqla bəhs edilib. Yeni layihələrin sosial müdafiəyə ehtiyac duyan şəxslərlə bağlı vacib fəaliyyət istiqamətlərini əhatə etdiyi də diqqətə çatdırılıb.

Sonra əmək və əhalinin sosial müdafiə naziri sahil Babayev və BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti layihə sənədini imzalayıblar.

İmzalanma mərasimindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında əməkdaşlığın mövcud vəziyyətinə və yeni layihələr çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video