12 Fevral 2019 18:20
400
DÜNYA
A- A+

ABŞ Konqresi hökumətin işini dayandırmamağa razılıq verdi


ABŞ Konqresindəki demokratlar və respublikaçılar sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı prinsipial razılaşma əldə etmişlər. Gözlənildiyinə görə, bu, növbəti dəfə hökumətin işinin dayanması ("şatdaun”) təhlükəsinin qarşısını alacaq. Büdcə ilə bağlı razılaşma əldə olunmasaydı, fevralın 15-də yeni "şatdaun” baş verə bilərdi.

Konqresin yuxarı palatasının təxsisatlar komitəsinin sədri Riçard Şelbi danışıqların son dərəcə uğurlu olduğunu bildirmişdir. O istisna etməmişdir ki, qanun layihəsinin mətni artıq bu gün dərc oluna bilər.

"Assoşieyted Press” agentliyinin xəbərinə görə, konqresmenlər Meksika ilə sərhəddə divar inşasına Prezident Donald Trampın tələb etdiyi 5,7 milyard dollar əvəzinə 1,4 milyard dollar ayırmaq qərarına gəlmişlər və ümid edirlər ki, Prezident bu variantı imzalayacaq.

Bu arada Prezident Texasda mitinqdə bildirmişdir ki, Konqresdəki razılaşmadan asılı olmayaraq, "Meksika divarı” üçün tələb olunan məbləğin ayrılmasına nail olacaq. Eyni zamanda o etiraf etmişdir ki, gələcək sənədin detallarından xəbəri yoxdur.

Xatırladaq ki, əvvəlki "şatdaun” ötən il dekabrın 22-də başlamış və bu il yanvarın 25-də bitmişdir. O, ABŞ iqtisadiyyatına təxminən 3 milyard dollara başa gəlmişdir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video