12 Fevral 2019 18:15
454
DÜNYA
A- A+

Filippində 70 nəfər qızılcadan vəfat edib


Filippində son bir ay ərzində azı 70 nəfər qızılcadan vəfat etmişdir. Ölənlərin əksəriyyəti uşaqlardır. Bu barədə "The Guardian” qəzeti xəbər verir.

Ötən ay xəstəliyə 4302 nəfər yoluxmuşdur. Ölkənin milli paytaxt regionunda, habelə Visay adalarında ağır epidemioloji vəziyyət müşahidə olunur.

Xəstəliyin yayılması peyvəndləməyə mənfi münasibətlə əlaqələndirilir. Qəzet yazır ki, peyvənddən imtina ötən ilin əvvəllərində Denge qızdırmasından peyvəndləmə ətrafında yaranmış qalmaqalla bağlıdır. O vaxt belə bir fikir yayılmışdı ki, vaksin uşaqlarda xəstəliyin daha ciddi formasını yarada bilər. Peyvəndləmə nəticəsində uşaqların ölməsi barədə də xəbərlər yayılırdı. Lakin bu informasiya sübuta yetirilməmişdir.

UNİCEF-in hesabatına görə, hazırda Filippində əhalinin 55 faizi peyvəndlənmişdir. Bu, ötənilki göstəricidən 15 faiz azdır. Qızılcanın yayılmaması üçün sakinlərin 95 faizi peyvənd edilməlidir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video