Alternative content

03:36 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:01 12.02.2019

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü ərəfəsində Xidmətin Aparatının, həmçinin yerli idarə, şöbə və bölmələrinin əməkdaşlarının Heydər Əliyev Mərkəzini ziyarəti təşkil edilib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətə Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Mərkəz müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

Nadir memarlıq nümunələrindən olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

Mərkəzdə yaradılmış və məzmun orijinallığı ilə seçilən Heydər Əliyev Muzeyi ilə tanışlıq da Xidmət əməkdaşlarında böyük maraq doğurub. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti barədə maraqlı faktlar, foto və videomateriallar əksini tapır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

Xidmətin şəxsi heyəti muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Ulu Öndərin həyat və fəaliyyəti ilə yanaşı, ziyarətçilərə müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında və digər sahələrdə baş verən önəmli hadisələr barədə də məlumat verilib. Muzeyin "Şəkillərə həkk olunan ömür”, "Azərbaycanın ictimai-siyasi həyatı”, "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilib. Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ulu Öndərin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Müasir Bakının simvolu olan Heydər Əliyev Mərkəzinə ziyarət tədbir iştirakçılarının hər birində xoş təəssürat yaradıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM