12 Fevral 2019 15:31
764
Mədəniyyət
A- A+

“Son gecə” televiziya filmi Nəsimiyə həsr olunacaq


"Azərbaycantelefilm” Yaradıcılıq Birliyi böyük Azərbaycan şairi Nəsimi və görkəmli ədib Cəlil Məmmədquluzadəyə həsr olunmuş sənədli filmlər çəkəcək.

AzTV-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, may ayından etibarən Nəsimidən bəhs edəcək "Son gecə” televiziya filminin çəkilişlərinə start veriləcək. Filmin mövzusu Xalq şairi Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivlərindən götürülüb.

Bundan başqa, "Mirzə Cəlil” filmi Cəlil Məmmədquluzadəyə həsr olunacaq. "Azərbaycantelefilm” görkəmli Azərbaycan şairi Məhəmməd Füzulini də yaddan çıxarmayıb. Belə ki, "Füzuli” filmi də bu münasibətlə ekranlaşdırılacaq.

Eyni zamanda, bu ildən AzTV-də "Fatehlərin divanı” bədii filminin davamının çəkilməsi də nəzərdə tutulur. Bu əsər Sultan Səlim Yavuz, Şah İsmayıl, Sara xatun, Uzun Həsən və başqa tarixi şəxsiyyətlərdən bəhs edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video