warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

20:53 24 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtondakı Xəzər Siyasi Mərkəzində iki hesabatın təqdimatı keçirilib
Vaşinqtondakı Xəzər Siyasi Mərkəzində iki hesabatın təqdimatı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
15:18 12.02.2019

Fevralın 11-də Vaşinqtondakı Xəzər Siyasi Mərkəzində "Xəzər regionunun təhlükəsizliyi” və "Böhranlı infrastrukturun qorunması və modernləşdirilməsi firavanlıq və təhlükəsizlik yoludur” adlı iki hesabatın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, həmin hesabatlarda Xəzər regionunda təhlükəsizlik, Qafqazda və Mərkəzi Asiyada mühüm infrastrukturun modernləşdirilməsi və müdafiəsi, bu regionun Birləşmiş Ştatlar üçün strateji əhəmiyyəti məsələləri ətraflı müzakirə edilir. Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti tədbiri açaraq qonaqları salamlayıb, panel iştirakçılarını və hesabatların müəlliflərini auditoriyaya təqdim edib.

Müəllifi Xəzər Siyasi Mərkəzinin Şura üzvü və keçmiş səfir Riçard E.Houqland olan "Xəzər regionunun təhlükəsizliyi” adlı hesabatda diplomatların, hərbi və akademik ekspertlərin yanaşma və konsepsiyaları toplanıb. Əlaqədar dairələri bu regionun spesifikası barədə məlumatlandırmaq üçün nəzərdə tutulmuş bu hesabatda ekspertlər ABŞ-ın son iyirmi beş ildə Xəzər regionu barədə xarici siyasətini müzakirə edir, qarşıdakı illərdə bu regiona xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.

Xəzər Siyasi Mərkəzi yanında "Xəzər regionunda siyasət və təhlükəsizlik” proqramının rəhbəri, səfir Houqland deyib: "Rusiya, Çin, Amerika və Avropanın maraqlarının coğrafi səviyyədə kəsişdiyi Xəzər regionunun bu yeni tədqiqatı sayəsində Xəzər Siyasi Mərkəzi ABŞ-ın xarici siyasət dairələrində öz nüfuzunu artırmaqda davam edir”. O vurğulayıb ki, hesabata daxil edilmiş siyasi tövsiyələr icmalçılar və xarici siyasətin icraçıları üçün faydalı olacaq.

Xəzər Siyasi Mərkəzi tərəfindən buraxılmış "Böhranlı infrastrukturun qorunması və modernləşdirilməsi firavanlıq və təhlükəsizlik yoludur” adlı ikinci məruzə Xəzər regionundakı infrastruktur sistemlərinin üzləşdiyi təhdidlərin müzakirəsinə həsr edilib. Məruzədə region ölkələrinin ABŞ və digər qərbli tərəfdaşlarla regional əməkdaşlığını genişləndirməyin zəruri olması əsaslandırılır. ABŞ-ın Azərbaycan Respublikasındakı keçmiş səfiri, Xəzər Siyasi Mərkəzinin Şura üzvü Robert Sekuta tərəfindən aparılmış araşdırmada elektron informasiya texnologiyaları, nəqliyyat və digər mühüm infrastruktur sistemlərinin monitorinqi, onların bütövlüyünün təmin olunması, habelə region ölkələrinin əhalisinin firavanlaşması, onların rifahı və təhlükəsizliyi üçün hökumətlər və özəl sektor arasında birgə işin spesifikası və əməkdaşlıq yolları müzakirə edilir.

Xəzər Siyasi Mərkəzi yanında "Xəzər regionunun energetika və iqtisadiyyatı” proqramının sədri, səfir Sekuta deyib: "Böyük Xəzər regionunda yollar çəkilməsi, limanlar, informasiya və kommunikasiya sistemləri və elektrik şəbəkələri və digər infrastruktur obyektləri tikintisi üçün hər il milyardlarla dollar sərf edilir”.

Keçmiş diplomat deyib: "Bu infrastrukturun yaradılması kimi, onun qorunub saxlanması da vacibdir”.

Tədbirdə Amerikanın "İrs” fondunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Lyuk Koffi və Xəzər Siyasi Mərkəzi yanında proqram rəhbəri Kristen Çerigeyt də çıxış edib. Onlar siyasi və iqtisadi təhlükəsizlik, habelə informasiya texnologiyaları sahəsində təhlükəsizlik məsələlərinin müxtəlif aspektlərini şərh ediblər.

Tədbirdə Vaşinqtondakı diplomatik korpusun və ABŞ administrasiyasının, habelə müxtəlif analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.

Hesabatlar barədə daha ətraflı məlumat almaq üçün bu linkə müraciət edə bilərsiniz: http://www.caspianpolicy.org/category/report/



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM