Alternative content

10:26 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır
Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır
ANA SƏHİFƏ / Elm və texnika
15:10 12.02.2019

Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq, böyük yazıçı və dramaturqun AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi və kinossenarist Cəfər Cabbarlının şəxsi arxivində hazırda 2000-dən çox sənəd qorunur. Arxiv materiallarının rəqəmsallaşdırılması həmin sənədlərdə olan məlumatların elektron versiyasını istifadəçilərə çatdırmağı, bununla da orijinalın qorunmasını təmin etməyi nəzərdə tutur. 759 saxlama vahidi təşkil edən arxiv sənədlərinin 39-nun elektron versiyası artıq hazırdır və iş davam edir.

Cəfər Cabbarlının Əlyazmalar İnstitutunun elektron resurslar şöbəsi tərəfindən yaradılan elektronlaşdırılmış sənədli irsi tədqiqatçılarda böyük maraq doğuracaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM