12 Fevral 2019 12:45
474
DÜNYA
A- A+

Ermənistanda sosial problemlər dərinləşir


Ermənistanda hökm sürən xaos getdikcə dərinləşir. Sosial problemlərdən çıxış yolu tapa bilməyən vətəndaşlar çarəni etiraz aksiyalarında görürlər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu dəfə bir qrup şəxs məmurlara verilən mükafatlara qarşı çıxıb. Şikayətçilərdən Marine Akopyan deyib ki, məmurlara dövlət büdcəsindən ayrılan 10 milyon dram dəyərində mükafat təcili büdcəyə geri qaytarılmalıdır. Həmin qərar Serj Sarkisyanın vaxtında verilib və mükafata layiq görülən məmurların bir çoxu vəzifələri ilə vidalaşıblar. Etirazçılar bildiriblər ki, tələbələri Sarkisyan komandasında olan məmurların qanun qarşısına çıxarılması ilə bağlıdır. Sarkisyan başda olmaqla generallar bu xalqı neçə illərdir ki, qorxu, zülmət içərisində saxlaya-saxlaya büdcəni talan ediblər. Etirazçılar əgər baş nazir quldur məmurlardan vəsaitləri geri qaytarmasa, imzatoplama kampaniyası təşkil edib Ali Məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Bundan başqa, erməni ordusundakı ölüm halları ilə bağlı da etirazlar artıb. Belə ki, Ermənistanın Lori bölgəsindən olan Smbat Manukyan və həyat yoldaşı Susan tək övladlarının qəfil və müəmmalı ölümü ilə 3 ildir barışa bilmirlər. Onlar deyirlər ki, oğulları Sarkis 2016-cı ilin mayında Ararat bölgəsində hərbi xidmətə başlayıb. Həmin ilin dekabrında əsgərin yüksəkvoltlu elektrik cərəyanı vuraraq öldüyü ilə bağlı xəbər alıblar. Patoloji anatomiyanın ilkin nəticələri isə şübhə yaradıb. Məlum olub ki, əsgərə işgəncələr verərək öldürüblər. İşi ört-basdır etmək üçün isə istintaqa səhv məlumat veriblər. Ailə keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Viqen Sarkisyanla görüşsə də, cinayətdə şübhəli bilinən zabitlərə qarşı tədbir görülmür. Övladlarını qeyri-döyüş şəraitində itirən valideynlər illərdir məhkəmələrdə süründürülürlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video