12 Fevral 2019 00:28
627
Mədəniyyət
A- A+

“Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası çapdan çıxıb


Azərbaycan alimləri - Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev və Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun həmmüəllifləri olduqları "Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası nəfis tərtibatda nəşr olunub.

AZƏRTAC xəbər verir ki, əsər dörd bölümdən və ümumilikdə 320 səhifədən ibarətdir. Monoqrafiyanın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Dövlət mükafatları laureatı akademik Boris Qusevdir.

Kitabda səth qatlarının nanostrukturlaşdırma prinsipləri və örtüklərin çəkilməsi məsələləri əksini tapıb. Həmçinin nanotexnologiya yanaşmalarının həyata keçirilməsinin bəzi nümunələrinə baxılıb və onların təcrübədə istifadəsinin üstünlükləri göstərilib. Materialların səth qatlarının nanostrukturlaşdırma yolu ilə möhkəmləndirilməsinin yeni metodları, nanostrukturlu örtüklərin çəkilməsi, submikrokristallik strukturun daxili sərhədlərin bölünməsinin formalaşmasına baxılıb.

Metalların səthində nazik pərdələrin artmasının modelləşdirilməsi, fraktal metod yanaşmaları inkişaf etdirilib, büzmənin kinetikası təhlil edilib və nazik pərdələrin artmasının ədədi modelləşdirməsi göstərilir.

Kitab bərk cismin mexanikası və plastiklik və möhkəmlik fizikası, fiziki materialşünaslıq sahəsində çalışan elmi-texniki mütəxəssislər üçün nəzərdə tutulub, həmçinin müəllimlər, aspirantlar və ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri üçün də faydalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video