Alternative content

01:56 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minimum əməkhaqqının artırılması əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır
Minimum əməkhaqqının artırılması əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır
ANA SƏHİFƏ / SİYASƏT
00:27 12.02.2019


Fevralın 8-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı cənab İlham Əliyevin bu addımını zəruri edən əsas səbəb odur ki, manatın dəyər itirdiyi və onun səbəb olduğu ikirəqəmli inflyasiyanın baş verməsi nəticəsində 2014-cü ildən indiyədək yaşayşın dəyəri 50 faizədək artıb. Məsələn, 2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən yaşayış minimumunun dəyəri 125 manat idisə, hazırda bu rəqəm 180 manatdır, yəni 55 manat artım var.

Minimum əməkhaqqının bu qədər artırılması dövlətimizin xalqa qayğısının ifadəsidir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Demək lazımdır ki, minimum əməkhaqqının 50 manat artırılması böyük bir addımdır.

Minimum əməkhaqqının 40 faizə yaxın artırılması ölkə prezidentinin əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, minimum əməkhaqqının bu cür çoxaldılması MDB ölkələrinin heç birində müşahidə olunmur. O da nəzərə alınmalıdır ki, Azərbaycan Prezidentinin qərarı ilə minimum əməkhaqqının məbləği parlament tərəfindən bu yaxınlarda təsdiq olunmuş yaşayış minimumla bərabərləşmiş, ehtiyac meyarı göstəricisini isə 26 faiz üstələmişdir. Beləliklə, minimum əməkhaqqı göstəricisinə görə ölkəmiz MDB-yə daxil olan dövlətlər arasında 7-ci yeri tutmuşdusa, hazırda bir neçə ölkəni qabaqlayaraq 4-5-ci yerdə qərarlaşmışdır. Bu gün minimum əməkhaqqının orta əməkhaqqında payına nisbətdə ölkəmiz MDB məkanında ön sıralardadır. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda olur. Qürurverici haldır ki, Prezident İlham Əliyev bu cür addımları hər il atır.

Artım dövlət sektorunda işləyən 450 min nəfəri əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2,5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir.

Minimum əməkhaqqının 180 manat müəyyən edilməsi nəinki az maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil ediləcək. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir. Hazırda ölkə üzrə 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Sərəncama əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və tam iş günü üzrə işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bu prosesə qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.

Prezident İlham Əliyevin imzaladığı sərəncamın bir müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncamın əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq. Bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına xüsusi təsir edəcək.

Minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının artırılmasına və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması deməkdir.

Ölkə rəhbərinin bu qərarını Milli Məclisdə ratifikasiya edilmiş və minimum əməkhaqqı ilə bağlı öhdəlikləri ehtiva edən Dəyişdirilmiş Avropa Sosial Xartiyasının, eləcə də Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasının yaxın illərdə tam həcmdə yerinə yetirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirmək olar. Hesablamalar göstərir ki, minimum əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqına nisbəti ötən il 30 faiz təşkil etmişdirsə, hazırda bu göstərici birdən-birə 10 faizdən çox artaraq 41 faizə bərabər olmuşdur. Heç şübhə yoxdur ki, yaxın gələcəkdə ölkə prezidenti Avropa Sosial Xartiyasında qeyd olunan beynəlxalq normanın yerinə yetirilməsi üçün müvafiq qərarlar verəcək.

Əməkhaqqı dövlətin əhalinin həyat səviyyəsi siyasətinin fundamental kateqoriyasıdır və eyni zamanda əməyin ödənilməsinin səviyyəsi bu siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan siyasətin işlənilməsi və həyata keçirilməsi həmkarlar ittifaqlarının bilavasitə iştirakı ilə baş tutur.

Layiqli əməkhaqqı uğrunda mübarizə həmkarlar ittifaqlarının fəaliyyətində prioritet yerlərdən birini tutur, gələcəkdə də AHİK-in və onun üzv təşkilatlarının işində real əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması, onun vaxtında ödənilməsi, bu sahədə təbəqələşmənin azaldılması və ayrı-seçkiliyə yol verilməməsi məsələləri mühüm yer tutacaqdır. Minimum əməkhaqqının yaşayış minimumu səviyyəsindən aşağı olmamaqla beynəlxalq normalara uyğun təyin edilməsi istiqamətində səylər davam etdiriləcəkdir.

Cənab Prezidentin bu sərəncamı son illərdə apardığı sosial siyasətin tərkib hissəsi olaraq əhaliyə çox böyük töhfəsi oldu.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM