04:21 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


02:45 20.01.2021

Qafqazın incisi


02:35 20.01.2021

Bakı qara hazırdırmı?


02:33 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:29 20.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin sosial-iqtisadi inkişaf kursu uğurla reallaşır
ANA SƏHİFƏ / SİYASƏT
00:25 12.02.2019


Ötən 15 ilin qürur doğuran inkişafı müasir Azərbaycanın ən mühüm reallıqlarından biridir. Bu inkişaf isə bütün sahələri əhatə edərək kompleks xarakter daşıyır. Xüsusən iqtisadi və sosial istiqamətlərdə dövlətimizin nailiyyələri misilsizdir. Yanvar ayında keçirilən Nazirlər Kabinetinin iclası, üçüncü regional inkişaf proqramının yekunlarına həsr olunmuş konfrans və Prezident İlham Əliyevin şəhid ailələi ilə görüşü göstərdi ki, sosial-iqtisadi inkişaf kursu uğurla reallaşır, dövlətin və insanların mənafeyinə layiqincə xidmət edir.


Dövlət öz vətəndaşının qüdrətli dayağıdır


Bahar MURADOVA, Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü:

- Bu bir həqiqətdir ki, Azərbaycanda gedən sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edərək bir çox sosial proqram və layihələrdə real əksini tapmaqdadır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə böyük zəmin yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açmışdır. Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur.

Ötən 15 ildə bu sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin etmişdir. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir və bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,1 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb. Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Bu ölkədə yüzminlərlə işçinin aylıq maaşının artmasına imkan verəcək.

Əhalinin daha həssas qruplarına, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Bütün zəruri infrastruktura malik olan 102 müasir qəsəbə salınaraq 300 mindən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ünvanlı sosial yardımların verilməsindən tutmuş yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.

Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş dəyərli soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər ölkə rəhbərinin şəhidlərin ruhuna sonsuz ehtiram hissindən, ailələrinə böyük qayğısından qaynaqlanır. Ötən müddət ərzində bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. Cari ildə həmin vətəndaşlara 800-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır və təsadüfi deyil ki, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman da bu sahəyə şamil olunmuşdur. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmandan ötən müddətdə 3100 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə həyata keçirilmiş, 6444 nəfər üçünsə bu iş davam etdirilir. Prezident İlham Əliyevin bu ilin yanvar ayının 28-də imzaladığı digər fərmanla isə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi 12268 şəhidin vərəsələrinə şamil olunur.

Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərmanlar onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən ən humanist addımlardan biridir. Azərbaycan vətəndaşları Prezidentin bu qərarını ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsinə olan ehtiramın, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artmasının əyani təsdiqi kimi dəyərləndirir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident sarayında şəhid ailələri ilə görüşmələri onlara göstərilən yüksək diqqətin və ehtiramın bariz nümunəsidir.

Bütün bunlar onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanlarımızla bağlı həyata keçirilən dövlət siyasətinin başlıca qayəsi Azərbaycan vətəndaşlarının daha rahat və təminatlı şəraitdə yaşamalarını təmin etməkdir. Bu siyasət insanlarımızın, xüsusilə də gənclərimizin vətənpərvərlik və dövlətçilik ruhunda böyümələrinə, ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı qorunmasına əlavə stimul yaratmaqla, dövlətin öz vətəndaşının qüdrətli dayağı olduğuna inamını qətiləşdirir.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM