İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İslam İnqilabının 40-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib.
Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, İran İslam Respublikası ötən müddətdə regional sabitlik amili kimi çıxış edib.
Ölkələrimiz arasındakı münasibətlərdən danışan diplomat deyib ki, İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. C.Cahangirzadə deyib ki, iki qardaş xalq arasında çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışıq. Son illər ölkələrimiz arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib. Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. Dövlətlərimizin başçılarının son beş ildə 12 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir.
İkitərəfli əməkdaşlığın möhkəm müqavilə-hüquq bazasının yaradıldığını vurğulayan Ş.Mustafayev bildirib ki, indiyədək 150-dən artıq sənəd, o cümlədən iqtisadi sahədə bir sıra mühüm sənədlər imzalanıb. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması ölkələrimiz arasında çoxtərəfli formatda da əməkdaşlığın genişləndiyini göstərir. Əlaqələrin inkişafında Hökumətlərarası Konvensiyanın və parlamentlərarası işçi qruplarının da mühüm rolu var. Cari ilin martında Azərbaycanda keçiriləcək Komissiyanın 13-cü iclası zamanı da səmərəli müzakirələr aparılacaq, yeni razılıqlar əldə ediləcək.
Ticarət əlaqələrinin inkişafından danışan Ş.Mustafayev qeyd edib ki, 2017-ci illə müqayisədə ötən il qarşılıqlı ticarət dövriyyəsi təqribən 74 faiz artıb. Əlaqələrimizin daha da genişlənməsi məqsədilə hər iki ölkənin paytaxtında, eləcə də regionlarında iş adamlarının iştirakı ilə müntəzəm görüşlər, biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər keçirilir. İranın ölkəmizə yatırdığı 3,4 milyard dollar investisiyanın 3,3 milyard dolları neft sektoruna, 120 milyon dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanda xidmət, rabitə, ticarət, sənaye, tikinti, bank və sığorta, nəqliyyat və digər sahələrdə minə yaxın İran şirkəti fəaliyyət göstərir. Ötən il Neftçala Sənaye Məhəlləsində açılışı həyata keçirilmiş "Xəzər” avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.
Nazir vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır. Bu gün böyük əhəmiyyətə malik "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” layihəsinin reallaşdırılması üçün mühüm addımlar atılır. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə dəstək verir.
İki ölkə arasında turizm sahəsində artan əməkdaşlığı xüsusilə qeyd edən nazir bildirib ki, İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. "ASAN viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Erməniəsilli şəxs xarici işlər naziri oldu - Fələstində
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb
29 Mart
"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli olub
29 Mart
Lavrov: Münasibətləri pozan Paşinyandı
29 Mart
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
29 Mart
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
29 Mart
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
29 Mart
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
29 Mart
Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart
Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aks...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!