Alternative content

19:51 18 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin helikopteri Afrikada qəzaya uğradı
BMT-nin helikopteri Afrikada qəzaya uğradı
ANA SƏHİFƏ / DÜNYA
17:25 11.02.2019


BMT-nin Abyeydə təhlükəsizliyin təmin edilməsi üzrə müvəqqəti qüvvələrinə (UNİCFA) məxsus helikopteri Afrikanın həmin regionunda qəzaya uğramışdır. Bu barədə Qərb KİV-i xəbər verir.

Qəza nəticəsində dörd nəfər həlak olmuşdur. Helikopter yerə enərkən qəzaya uğramışdır. Hadisənin səbəbləri araşdırılır.

Abyey Cənubi Sudanın iddia etdiyi, lakin Sudan hökumətinin nəzarət etdiyi xüsusi statuslu ərazidir. Orada BMT-nin himayəsi altında fəaliyyət göstərən efiopiyalı sülhməramlılar yerləşdirilmişdir.

Xatırladaq ki, uzun sürən vətəndaş müharibəsindən sonra 2011-ci ilin iyulunda keçirilmiş referendumun yekunlarına görə Cənubi Sudan Sudandan ayrılaraq müstəqilliyini elan etmişdir. Öz növbəsində Xartum yeni dövləti tanımışdır. Lakin iki ölkə arasında sərhədyanı ərazilərlə bağlı indiyədək kəskin fikir ayrılığı qalır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM