Alternative content

19:49 18 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Suriyanın şərqində terrorçular arasında döyüşlər bərpa olundu
Suriyanın şərqində terrorçular arasında döyüşlər bərpa olundu
ANA SƏHİFƏ / DÜNYA
17:23 11.02.2019


Suriyanın şərqində Deyr əz-Zor əyalətində dördgünlük fasilədən sonra iki terrorçu təşkilat – YPG/ PKK və İŞİD arasında döyüşlər bərpa edilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Silahlı toqquşmalar İŞİD terrorçularının Suriyadakı sonuncu dayaq nöqtəsi – İraqla həmsərhəd Baqoz qəsəbəsinə nəzarət uğrunda gedir. YPG/ PKK terrorçularına ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya dəstək verir. Lakin bu dəstəyə baxmayaraq, YPG/PKK ciddi uğur əldə edə bilməmiş və İŞİD-in müdafiə xəttini yarmağa müvəffəq olmamışdır.

Qeyd edək ki, YPG/PKK terrorçularının Deyr əz-Zorda hücumu ötən il sentyabrın 11-dən bəri davam edir. Hücum edən dəstələrə ABŞ və Fransa fəal dəstək verir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM