Alternative content

03:32 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bitki çayları
Bitki çayları
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:18 11.02.2019

Bitki çayları qəbul etməyin insan orqanizminə faydası çoxdan sübut olunub və ona görə də hər kəs bitki çayları qəbul edərək ondan faydalanmağa çalışır. Sağlam olmaq üçün qidalarla yanaşı içilən çayların da çox böyük əhəmiyyəti var. Şəfalı birkilərdən dəmlənilmiş sayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda bəzi problemlərin aradan qalxmasına yardım edir.

AZƏRTAC həkim və mütəxəssislərin rəyinə əsasən bitki çaylarının hər birinin müalicəvi xüsusiyyətləri barədə məlumatları oxucularına təqdim edir.

Alma çayı nəfəs darlığını aradan qaldırır, ürək problemlərində faydalı təsir göstərir.

Razyana çayı mədə və bağırsaq xəstəlikləri zamanı xeyirlidir.

Gicitkən çayı maddələr mübadiləsini sürətləndirir, böyrək xəstəlikləri zamanı müsbət təsirə malikdir.

Cökə çayı soyuqdəymə zamanı qəbul ediləndə xəstəliyin tez aradan qalxmasına yardım edir, öskürəyi azaldır.

Mixək çayı həzm prosesinə müsbət təsir edir, diş ağrılarını yüngülləşdirir.

Adaçayı təbii antibiotik funksiyasını yerinə yetirir, boğaz ağrıları zamanı çox faydalıdır. Qadınlarda hormonal pozğunluqların aradan qalxmasına yaxşı təsir göstərir.

Limon çayı soyuqdəyməyə qarşı əvəzsizdir, C vitamini ilə zəngindir, qrip və zökəm xəstəliyindən xilas edir, toksinlərin orqanizmdən xaric olunmasına təsiri yüksəkdir. İmmunitetin güclənməsində də onun böyük rolu var. Üz dərisini hamarlaşdırır və antioksidant təsir göstərir.

Arpa çayı xərçəngdən qoruyur, temperaturu aşağı salır, boğaz ağrısını aradan qaldırır, astma xəstəliyini yüngülləşdirir.

Böyürtkən çayı bir sıra xüsusiyyətləri ilə fərqlənir. Xərçəng xəstəliyindən qoruyur, ürək üçün faydalıdır, varikozun müalicəsində istifadə edilir, ishala qarşı əvəzsizdir, babasil xəstəliyinə yaxşı təsir edir.

Kəklikotu çayı boğaz ağrısını sağaldır, diş əti və ağız içi yaralar zamanı təsirli vasitədir. Soyuqdəyməyə qarşı geniş istifadə edilir, stressi azaldır və sakitləşdirir.

Çobanyastığı çiçəyinin çayı istifadə olunmaqla yanaşı həm də soyuq halda içilir. Demək olar ki, bütün xəstəliklərə qarşı istifadə olunması faydalıdır.

Lavanda çayının psixoloji problemlərə böyük təsiri var. Stress, narahatlıq və depressiyanı azaldır, ağızdan gələn xoşagəlməz qoxuları aradan qaldırır, soyuqdəyməyə qarşı faydalıdır. Astmaya qarşı onun müsbət əhəmiyyəti var. Qızdırmasalıcı xüsusiyyətə malikdir.

Yarpızın yabanı növlərinə yarpız nanəsi də deyilir, xalq təbabətində daha çox istiotlu yarpızdan istifadə edilir. Ürək sancması, revmatizm, böyrək, vəba və digər xəstəliklərin müalicəsində səmərəlidir. Onunla dəmlənən çay mədə turşuluğunun artırılması və öd kisəsi ağrılarının qarşısını almaq üçün işlədilir. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yollarında duz, kirəc və daş olan xəstələrə, mədə-bağırsaq və sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM