11 Fevral 2019 17:17
572
SİYASƏT
A- A+

Kubanın Azərbaycandakı səfiri AZƏRTAC-ın ispan dili bölməsinin fəaliyyəti ilə tanış olub


Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo AZƏRTAC-da yeni fəaliyyətə başlayan ispan dilində informasiya bölməsinin işi ilə tanış olub.

Diplomat bölmənin əməkdaşları ilə görüşüb, xəbərin ispan dilində təqdimatı, ispandilli auditoriya üçün Azərbaycanla bağlı maraqlı ola biləcək informasiyalar barədə fikir mübadiləsi aparıb. AZƏRTAC-ın ispan dilində xəbər yayımına başlamasını önəmli addım hesab edən səfir bunun Azərbaycan haqqında ispandilli ölkələrdə geniş təsəvvür yaranmasına və bu ölkələrin agentlikləri ilə əlaqələrin genişlənməsinə təkan verəcəyini söyləyib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ispan dilində xəbər yayımının agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Kubanın Prensa Latina informasiya agentliyinin AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü yüksək qiymətləndirərək deyib: "Dünyanın ən çox danışılan ikinci dil olan ispan dilində xəbərlərimizin yayılması Azərbaycan haqqında məlumatların böyük auditoriyaya, Kuba və digər ispandilli ölkələr barədə xəbərlərin isə yerli oxuculara çatdırılması deməkdir. Prensa Latina ilə əməkdaşlıq sənədinin imzalanması birgə layihələr həyata keçirmək, informasiya və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yarada bilər”.

AZƏRTAC-ın Azərbaycanda ispan dilində xəbər mənbəyi olmasının önəmini qeyd edən səfir Alfredo Fidel Nieves Portoundo Prensa Latina ilə müqavilənin imzalanması üçün dəstək verməyə hazır olduğunu deyib. "Agentliklərimiz arasında tərəfdaşlıq hər iki ölkə haqqında məlumatların geniş yayılması üçün yaxşı zəmin ola bilər”, - deyə diplomat bildirib.

Səfirə AZƏRTAC-ın hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, dünyanın 21 ölkəsində müxbir məntəqəsinin fəaliyyət göstərməsi, bir sıra ispandilli informasiya agentlikləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri barədə də məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video