Alternative content

19:18 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Son yetmiş ildə insanların ömrü 22 il uzanıb
Son yetmiş ildə insanların ömrü 22 il uzanıb
ANA SƏHİFƏ / DÜNYA
16:58 11.02.2019

Alimlərin tədqiqatına əsasən, 1950-ci ildən sonra uşaq ölümlərinin səviyyəsi 7 dəfə azalıb, insan ömrünün orta uzunluğu isə 20 ildən çox artıb.

AZƏRTAC xəbər verir ki, "Lancet” jurnalı bu barədə səhiyyə sahəsində təşəbbüslərin insan həyatının uzadılmasına təsirini tədqiq edən "Global Burden of Disease” (GBD) monitorinq layihəsi çərçivəsində əldə olunan göstəricilərə istinadla məlumat yayıb.

GBD layihəsi BMT, səhhətin göstəricisini tədqiq edən Sietl institutu, Bill və Melinda Qeyts fondu tərəfindən mütəmadi aparılan ən miqyaslı monitorinq layihəsidir. Layihəyə dünyanın 195 ölkəsini, onların tibbi xidmətlərini və aparıcı elmi mərkəzlərini təmsil edən mütəxəssislər cəlb olunub. Onlar

son illərin statistikasından əlavə, səhiyyə sisteminin vəziyyətində və planetin demoqrafiyasında dəyişiklikləri əks etdirən daha uzunmüddətli trendləri də tədqiq edirlər. Bu qəbildən olan son tədqiqatlar seriyasında 1950-ci ildən 2017-ci ilə qədər insanların həyatlarının neçə dəyişməsi qiymətləndirilib.

Analizin nəticələri müasir dövrümüz üçün xarakterik olan müharibələr, iqtisadi sarsıntılar və başqa problemlərə baxmayaraq, nikbin görünür. Belə ki, kişilərin orta həyat uzunluğu 48 ildən 70,5 ilədək, qadınların orta həyat uzunluğu isə 53 ildən 76 ilə qədər uzanıb. 1950-ci ildə hər beş uşaqdan biri həyatlarının ilk beş ilində ölürdü. Hazırda isə bu göstərici 3,9 faiz səviyyəsində qərarlaşıb.

Bununla belə, yeni problemlər də ortaya çıxıb. Məsələn, silahlı münaqişələr, müharibələr və terror hadisələri nəticəsində həlak olanların sayı demək olar ki, iki dəfə artıb. Piylənmənin səbəb olduğu xəstəliklərdə də oxşar vəziyyət yaranıb. Dünyanın demək olar ki, bütün ölkələrində artıq çəkili insanların sayı artır və bu da il ərzində bir milyondan çox insanın diabet xəstəliyi səbəbindən həyatını itirməsi ilə nəticələnir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM