Alternative content

19:22 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəstəyə süni ürək köçürülməsi onun həyatını xilas edib
Xəstəyə süni ürək köçürülməsi onun həyatını xilas edib
ANA SƏHİFƏ / Səhiyyə
16:45 11.02.2019

"Xəstə həyatla ölüm arasında çarpışırdı. Bəlkə də onun ürəyi həyatının ən son ritmlərini vururdu. Ona görə də onu həftənin bazar günü təcili olaraq əməliyyat stoluna çıxardıq. Əməliyyat zamanı xəstənin döş qəfəsini açanda onun həyatının son anları olduğuna bir daha şahid olduq”, - deyə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ürək-damar cərrahı Anar Əmrah apardığı ürəkköçürmə əməliyyatı barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, əməliyyat beş ildən bəri ürək və ağciyər çatışmazlığından əziyyət çəkən 55 yaşlı xəstə üzərində aparılıb. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov xəstəni müayinə etdikdən sonra yeganə çıxış yolunun ürək implantasiyası olduğu qənaətinə gəliblər.

Ürək-damar cərrahı Anar Əmrahın verdiyi məlumata görə, xəstənin sol mədəciyində də çatışmazlıq olması vəziyyəti daha da mürəkkəbləşdirib. Müasir tibdə belə xəstələrin müalicəsi üçün iki yol var: ya ürək və ağciyəri birlikdə transplantasiya etmək, ya da süni ürək köçürülməsi.

Cərrah əməliyyat barədə danışarkən deyib: "Biz bu variantlar arasında daha çox mümkün olan süni ürək köçürülməsinə qərar verdik. Əməliyyat zamanı xəstənin ürək və ağciyərini süni aparata qoşduq. Aparılan əməliyyat nəticəsində süni ürək cərrahi yolla ürəyin zirvəsinə yerləşdirildi. Xəstənin ağciyər təzyiqi yüksək olduğuna görə nitrid-oksid deyilən qazla həmin orqanda təzyiqin enməsinə nail olduq. İki gün sonra əməliyyat olunan xəstəni süni tənəffüs aparatından ayırdıq. Artıq bütün narahatlıqlar arxada qalıb və xəstə özünü tam normal hiss edir”.

Onun verdiyi məlumata görə, ağır ürək və ağciyər xəstələrinə ürək köçürülməsi daha mürəkkəb bir prosesdir və xəstə bütün həyatı boyu bədən müqavimətini aşağı salan dərmanlar qəbul etməlidir. Süni ürək əməliyyatı köçürülən xəstələr isə yalnız qanduruldan dərmanlar içməklə və mütəmadi olaraq süni ürək aparatının batareyalarını dəyişməklə yaşamaqda davam edir.

Onu da qeyd edək ki, xəstəyə köçürülən süni ürək çəkisi 160 qramdır və dəqiqədə 8-10 litrə qədər qanı orqanlara ötürə bilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM