Elm və ali təhsil haqqında qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq
Sentyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitənin sədri Şəmsəddin Hacıyev gündəlikdə olan məsələlər barədə məlumat verdikdən sonra 2011-ci ilin yaz sessiyası ərzində görülən işlərin hesabatını diqqətə çatdırdı.
Qeyd etdi ki, komitə son dövrlərdə məqsədyönlü işlər həyata keçirir. Ən böyük uğur "Təhsil haqqında" qanunun qəbul olunmasıdır. Azərbaycan cəmiyyətində bu qanuna müsbət reaksiya var. Dünyanın qabaqcıl təhsil standartları və milli dəyərlərimizin qorunması əsasında hazırlanan qanun Azərbaycan təhsilindəki bütün boşluqları aradan qaldırmağa xidmət edir. Komitə sədri qanunun yüksək səviyyədə hazırlanmasında ölkə başçısı cənab İlham Əliyevin təhsilə diqqət və qayğısının mühüm rol oynadığını xüsusi vurğuladı. Sonra deputatlar Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Əhməd Vəliyev, Aqiyə Naxçıvanlı, Musa Qasımlı, Rafiq Məmmədhəsənov, Gövhər Baxşəliyeva və başqaları çıxış edərək Azərbaycan elminin, təhsil sisteminin inkişafı ilə bağlı görülən işlərdən, qazanılan uğurlardan söz açaraq rəy və təkliflərini bildirdilər. Deputatlar ümumilikdə komitənin 2011-ci ilin yaz sessiyasındakı fəaliyyətini yüksək qiymətləndirdilər.
Daha sonra iclasda Elm və təhsil komitəsinin 2011-ci il payız sessiyası üçün iş planı təsdiq olundu. Sessiya müddətində "Elm haqqında" və "Ali təhsil haqqında" qanun layihələri deputatların müzakirəsinə çıxarılacaq. Hər iki qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılmışdır. Qeyd olundu ki, "Elm haqqında" qanun layihəsi üzərində işlər artıq başa çatmışdır və sənəd oktyabr ayında Milli Məclisin iclasında müzakirəyə təqdim olunacaq. "Ali təhsil haqqında" qanun layihəsi üzərində də işlər başa çatmaq üzrədir.
Sonda "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" saziş layihəsi müzakirə olundu. Vurğulandı ki, sənədin təsdiqi iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına, mövcud problemlərin həllinə müsbət təsir göstərəcək.
Sonda sənəd təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olundu.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!