Alternative content

18:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elm və ali təhsil haqqında qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq
Elm və ali təhsil haqqında qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq
ANA SƏHİFƏ / Milli Məclis
01:09 20.09.2011

 

Sentyabrın 19-da  Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitənin sədri Şəmsəddin Hacıyev gündəlikdə olan məsələlər barədə məlumat verdikdən sonra  2011-ci ilin yaz sessiyası ərzində görülən işlərin hesabatını diqqətə çatdırdı.

Qeyd etdi ki, komitə son dövrlərdə məqsədyönlü işlər həyata keçirir. Ən böyük uğur "Təhsil haqqında" qanunun qəbul olunmasıdır. Azərbaycan cəmiyyətində bu qanuna müsbət reaksiya var. Dünyanın qabaqcıl təhsil standartları və milli dəyərlərimizin qorunması əsasında hazırlanan qanun Azərbaycan təhsilindəki bütün boşluqları aradan qaldırmağa xidmət edir. Komitə sədri qanunun yüksək səviyyədə hazırlanmasında ölkə başçısı cənab İlham Əliyevin təhsilə diqqət və qayğısının mühüm rol oynadığını xüsusi vurğuladı. Sonra deputatlar Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Əhməd Vəliyev, Aqiyə Naxçıvanlı, Musa Qasımlı, Rafiq Məmmədhəsənov, Gövhər Baxşəliyeva və başqaları çıxış edərək Azərbaycan elminin, təhsil sisteminin inkişafı ilə bağlı görülən işlərdən, qazanılan uğurlardan söz açaraq rəy və təkliflərini bildirdilər. Deputatlar ümumilikdə komitənin 2011-ci  ilin yaz sessiyasındakı fəaliyyətini yüksək qiymətləndirdilər.

Daha sonra iclasda Elm və təhsil komitəsinin 2011-ci il payız sessiyası üçün iş planı  təsdiq olundu. Sessiya müddətində "Elm haqqında" və "Ali təhsil haqqında" qanun layihələri deputatların müzakirəsinə çıxarılacaq. Hər iki qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılmışdır. Qeyd olundu ki, "Elm haqqında" qanun layihəsi üzərində işlər artıq başa çatmışdır və sənəd oktyabr ayında Milli Məclisin iclasında müzakirəyə təqdim olunacaq. "Ali təhsil haqqında" qanun layihəsi üzərində də işlər başa çatmaq üzrədir.

Sonda "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" saziş layihəsi müzakirə olundu. Vurğulandı ki,  sənədin təsdiqi iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına, mövcud problemlərin həllinə müsbət təsir göstərəcək.

Sonda sənəd təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olundu.

 

"Azərbaycan"