Alternative content

19:25 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
ANA SƏHİFƏ / PARLAMENT
13:26 11.02.2019

Fevralın 12-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə 32 məsələ daxildir.

Əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Sonra deputatlar "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə”, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə”, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə”, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” protokolların təsdiq edilməsi haqqında qanun layihələrinə baxacaqlar. Həmçinin "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında”, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” və "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunacaq. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsinə baxılacaq.

İclasda, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında”, "Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” sazişlərin təsdiq edilməsi haqqında qanun layihələri, həmçinin "Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişiklik edilməsi barədə”, "Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında” protokolların təsdiq edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.

Eyni zamanda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, "Valyuta tənzimi haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, "İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

Deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Gənclər siyasəti haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə birinci oxunuşda, "Kitabxana işi haqqında”, "Dövlət rüsumu haqqında”, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, "Patent haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlarda, Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələrinə ikinci oxunuşda baxacaqlar.

Plenar İclasda "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, "Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında” qanun layihələri də ikinci oxunuşda müzakirə olunacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM