warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:50 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda ehtiyatda olan hərbçilər hökumətə etiraz edirlər
Ermənistanda ehtiyatda olan hərbçilər hökumətə etiraz edirlər
ANA SƏHİFƏ / DÜNYA
13:22 11.02.2019

Ermənistanda təqaüddə olan zabitlər Müdafiə Nazirliyindən şikayətçidirlər. Polkovnik-leytenant Çolak Xaçatryanın sözlərinə görə, aksiya iştirakçılarının hamısı 20 ildən çox xidmət keçiblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, onların əsas tələbi sosial problemlərinin həll olunmasıdır. Ordudan tərxis olunsalar da hələ də mənzillə təmin edilməyiblər. Aksiya iştirakçıları bildiriblər ki, Müdafiə Nazirliyinin siyahısında 13-cü adam olan bir şəxs 5 ildir səbirsizliklə ailəsi ilə birlikdə gözləyir ki, dövlət tərəfindən üçotaqlı mənzil veriləcək. Bu kateqoriyadan olan hərbçilər siyahısında minlərlə adamın olduğu deyilir. Etirazçıların sözlərinə görə, səngərdə xidmət çəkən hərbçilər bunun onların başlarına gətiriləcəyini bilməlidirlər. Əgər bu qərar ləğv edilməsə, ehtiyatda olan hərbçi zabitlər aclıq aksiyasına başlayacaqlar. Onlar sağlamlıqlarını boş yerə itirdiklərini deyirlər. Bildirilir ki, oturaq aksiya keçirsələr də, heç bir rəsmi qurum səslərinə səs vermir. Ehtiyatda olan zabitlər xidmətdə olan gənc hərbçilərə onlara baxıb ibrət dərsi götürməyi də tövsiyə ediblər.

Bundan başqa, səhiyyə sahəsindəki qiymət artımları da vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb. Əsasən də uşaq xəstəxanalarında vəziyyət daha ağırdır. Etirazçılar xərclərinin birdən-birə iki dəfə qalxdığını deyirlər. Şikayətçi valideynlərdən olan Hasmik Aşotyan bildirir ki, xəstəxanada uşaqların müalicəsi üçün onlardan 10 min dram (48 dollar) istəyirlər.

Etirazçılar səhiyyə sahəsindəki çatışmazlıqlara da diqqət çəkməyə çalışıblar. Həkimlərin səhvi nəticəsində neçə-neçə uşağın şikəst qaldığı bildirilir. Qeyd edilir ki, hazırda Ermənistanda peşəkar tibb işçisi tapmaq çox çətindir. Mütəxəssislərin çoxu xarici ölkələrdə qaçıblar. Məsələ isə Səhiyyə Nazirliyini heç cür narahat etmir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM