11 Fevral 2019 13:12
839
Təhsil
A- A+

Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər


Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər. Belə ki, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

Universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayev AZƏRTAC-a bildirib ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilirdi. Tətbiq olunan əməliyyat üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur: "Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində idi. Buna görə də hər an qanama təhlükəsi ilə üzləşə bilərdik. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Həmin cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

"Əməliyyat olunan pasiyent bizə müraciət etməzdən əvvəl bir neçə mütəxəssislə görüşüb. Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik. Bəzən məsləkdaşlarımız bu kimi mürəkkəb cərrahi əməliyyatların icrasının xarici ölkələrdə etdirilməsini tövsiyə edirlər. Ancaq qeyd etmək istəyirəm ki, təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi ölkəmizdə də mümkündür”, - deyə mütəxəssis qeyd edib.

Torakal cərrah gənc olmasına baxmayaraq, təcrübəsi, xaricdə aldığı təhsil və iştirak etdiyi elmi-praktik seminarlar sayəsində öz sahəsinin mütəxəssisi adını doğruldur. Tibb elmləri namizədi olan Arif Ağayev etdiyi bu və ya buna bənzər digər riskli və eyni zamanda, uğurlu əməliyyatlarla Azərbaycan səhiyyəsində yeni ümidverici yol açır. Arif Ağayev ölkəmizdə torakal cərrahiyyə sahəsində bir sıra ilklərin də müəllifidir

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video