Alternative content

03:27 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanlarının vaxtını açıqlayıb
Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanlarının vaxtını açıqlayıb
ANA SƏHİFƏ / Təhsil
12:53 11.02.2019

Dövlət İmtahan Mərkəzi (DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 3, 10 və 17-də, ikinci mərhələsi isə iyunun 2, 9 və 16-da keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları aprelin 7, 14 və 21-də təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM