11 Fevral 2019 12:48
829
Elm və texnika
A- A+

Rusiya yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb


Rusiya mütəxəssisləri yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb və bu təcrübəni Avropadakı həmkarları ilə bölüşməyə hazırdırlar.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Rusiyanın D.Skobeltsın adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun direktoru Mixail Panasyuk çıxış edib. Onun sözlərinə görə, bu nailiyyət radiasiya dozimetrlərinin müxtəlif orbitlərdə uçan kosmik aparatlarda yerləşdirilməsi sayəsində mümkün olub. "Məsələn, dozimetrlər aşağı orbitdə uçan "Meteor-M”, orta orbitdə "Qlonassax” və geostasionar "Elektro-L” kosmik aparatlarında quraşdırılıb”, -deyə o əlavə edib.

Rusiya mütəxəssisləri Avropa İttifaqı ilə həyata keçirilən "CREAT” layihəsi çərçivəsində də kosmik radiasiyanın canlı və canlı olmayan materiallara, həmçinin Yerin atmosferinə təsirini araşdırırlar. Qeyd olunur ki, Yer kürəsinin 4 min və 17 min yüksəkliklərdə iki radiasiya qurşağı mövcuddur. Onlar planetimizi Günəşdən və Qalaktikadan gələn ağır radiasiya yüklü hissəciklərdən qoruyurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video